Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

12 dekabr 2014 | 11:00

   Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
   Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoydular.

Keçidlər