Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Atatürk prospektində yerləşən Ayna Sultanova parkı əsaslı təmirə bağlanıb

25 dekabr 2014 | 11:00

Son illərdə Binəqədi rayonu ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində əsaslı təmir işləri aparılıb və bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Rayon ərazisində yerləşən bir neçə park əsaslı şəkildə yenidən qurularaq rayon əhalisinin ixtiyarına verilib. Parklarda uşaqların əylənməsi, asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılıb.
Hal-hazırda rayon ərazisində əsaslı təmir işləri aparılan parklardan biri də rayonun giriş hissələrindən biri sayılan Atatürk prospektində yerləşən Ayna Sultanova parkıdır. İstifadəyə verildiyi müddətdən indiyə kimi heç-bir bərpa işləri aparılmayan park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir.
Eyni zamanda sakinlərin nəzərinə çatdırılır ki, parkın planlaşdırılan təmiri zamanı Ayna Sultanovanın heykəlinin götürülməsi nəzərdə tutulmayıb.
Həmçinin Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsin də abadlıq-quruculuq işləri həyata keçirilir.

Keçidlər