Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edildi

27 dekabr 2014 | 11:00

2014-cü il dekabrın 26-da “Versal” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, 2014-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının icra edildiyini, ümumilikdə, 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirildi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs  fəxri fərmanlarla mükafatlandırıldı.
Daha sonra  Binəqədi rayonunun 2014-cü ilin uğurlarına həsr olunmuş videoçarx nümayiş edildi.
Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı.
Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində yaşayan binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər