Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Bütün qayğılardan uzaq 1 saat" adlı layihəsi çərçivəsində tədbirlər keçirilir

30 dekabr 2014 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2014-cü ilin noyabr ayından başlayan "Bütün qayğılardan uzaq 1 saat" adlı layihəsi  çərçivəsində rayonda yaşayan aztəminatlı ailələrin, valideyn himayəsindən məhrum qəyyum himayəsində olan uşaqlar  üçün rayon ərazisində yerləşən uşaq əyləncə mərkəzində yeni il şənliyi təşkil edildi.
Şənlikdə uşaqların əyləncə mərkəzində olan bütün atraksiyonlardan pulsuz istifadəsinə şərait yaradılmışdır. Tədbirə Şaxta babanın gəlişi uşaqları daha da sevindirdi, bayram əhval-ruhiyyəsini qaldırdı. Uşaqlar da öz növbəsində şeir və mahnılarla Şaxta babanı və valideynlərini təbrik etdilər.
Tədbir əyləncə proqramı ilə başa çatdı.

Keçidlər