Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu yeni ilə hazırlaşır

30 dekabr 2014 | 11:00

2015-ci ilin gəlişinə respublikamızın bütün bölgələrində hazırlıq işləri aparılır, yolkalar qurulur. Bayram əhval-ruhiyyəsi Bakının Binəqədi rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında da hiss olunur. Rayon ərazisində  tərtibat və bəzək işləri aparılır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Zərifə Əliyeva adına parkda, Biləcəri mədəniyyət və istirahət parkında, Corce Enesku parkında, Bakı-Sumqayıt yolunda, rayonun bütün qəsəbələrində və digər ərazilərdə yolkalar quraşdırılıb. Həmçinin, Azadlıq prospekti, 6-cı mikrorayon S.Məmmədova küçəsi və Bakı-Sumqayıt yolu boyunca təbii ağaclar işıqlandırılıb, yollar  bayram atributları ilə bəzədilib.
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana müvafiq olaraq, rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilir. Bundan başqa, Tədbirlər Planına əsasən, dekabrın 31-də rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon sakinləri üçün atəşfəşanlıq təşkil olunacaq. Parkda qurulmuş yolka möhtəşəm görünüşü ilə rayon sakinlərinin bayram ovqatını daha da yüksəldir.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılacaq. Bayramla əlaqədar parkda əlavə dekorasiyalar və bayram atrubutları da quraşdırılıb.
Bütün görülən işlərin əsas məqsədi şəhər sakinlərinin bayram əhval-ruhiyyəsinə xoş ovqatlar qatmaqdır.

Keçidlər