Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əlil və aztəminatlı ailələrə bayram sovqatı verildi

30 dekabr 2014 | 11:00

31 dekabr  - Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə 30 dekabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalara aid  əlil, aztəminatlı ailələri ilə görüş keçirildi.
Görüşdə  Binəqədi  Rayon  İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları  iştirak etdilər. Görüş zamanı əlil, aztəminatlı ailələrinin evində olmuş və ölkəmizdə onların  maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərdən olduğunu bildirilmdi. Görüşdə ailələrin  problemləri  dinlənildi və  onlara  Binəqədi  Rayon  İcra Hakimiyyətinin hədiyyə və  yardım  sovqatını təqdim edildi.
Ümumillikdə, bugün Binəqədi  Rayon  İcra Hakimiyyəti tərəfindən  Rayon ərazisində yaşayan 1000-dən çox əlil və aztəminatlı ailələrə hədiyyə və  yardım sovqatı verildi.

Keçidlər