Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Peyntbol” yarışı keçirildi

26 dekabr 2014 | 11:00

26 dekabr 2014-cü il tarixdə Milli Olimpiya Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Sport Service Company” və “AF Hotel” Peyntbol Mərkəzinin təşkilati dəstəyi ilə "AF Hotel Aqua Park" ailəvi istirahət mərkəzinin Peyntbol klubunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri və estrada ulduzlarının iştirakı ilə “Peyntbol” yarışı keçirildi.
Yarışda hər komandada 4 nəfər olmaqla, 4 komanda iştirak edirdi. Komanda iştirakçıları arasında 1, 2 və 3 yerləri təyin etmək üçün duel yarışlar keçirildi.
Mükafatlandırılma mərasimində çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Elvin Orucov Binəqədi rayonunda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə bu cür  yarışların daim keçirildiyini xüsusi olaraq vurğuladı. O, yarışda fəal iştirak etdiklərinə görə kütləvi informasiya vasitələrinin nümayəndələri və estrada ulduzlarına təşəkkürünü bildirdi.
Daha sonra qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Mükafatlandırılma mərasimindən sonra tədbir estrada ulduzlarının iştirakı ilə təşkil olunmuş şou-proqramla davam etdi.

Keçidlər