Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2014-cü il ərzində daxil olan müraciətlər

05 yanvar 2015 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.
2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 35725, birbaşa cavablandırılan zənglərin sayı 28164, yaradılan əks əlaqələrin sayı 10245, 1 operator  üzrə  zənglərin orta sayı 105, tərtib edilən şikayət vərəqələrinin sayı  7695 olub. Xidmət səviyyəsi 98,7 % təşkil edib.
Şikayət xarakterli müraciətlərin  6516 -ı və ya 84,7 %-i tam həll olunub, 147-si və ya  2 %-i qismən həll edilib, 1032 -si  və ya 13,3 %-i müvafiq izahat verilərək həll edilib.
Yanvar-dekabr ayları  üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 3305-i və ya 42,7 %-i  su-kanalizasiya, 1575-i və ya 20,3 %-i qaz təchizatı, 867-si və ya 11,2 %-i istilik təchizatı, 824-ü və ya 10,5 %-i lift problemi,  326-ı və ya 4,2 %-i məişət və zibil tullantıları, 262-i və ya 3,3 %-i elektrik təchizatı, 219-u və ya 2,7 %-i yolların yararsız olması, 155-i və ya 2 %-i sakinləri narahat edən digər məsələlər, 127-si və ya 2 %-i yaşıllaşdırma idarəsi, 85-i və ya 1,1 %-i küçə işıqlandırılması ilə əlaqədar olub.
İl ərzində xidmətə 499 təşəkkür müraciəti daxil olub.

Keçidlər