"Bütün qayğılardan uzaq 1 saat" adlı layihəsi çərçivəsində tədbirlər davam edir
09 yanvar 2015 | 11:00
2014-cü ilin noyabr ayından Binəqədi rayonunda yaşayan aztəminatlı ailələrin uşaqları üçün start verilən “Qayğılardan uzaq bir saat”adlı layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri də 9 yanvar 2015-ci il tarixində Biləcəri qəsəbəsində yaşayan aztəminatlı ailələrin uşaqları üçün “Oppalar” uşaq-əyləncə mərkəzində keçirildi. Tədbirdə uşaqlar 2 saat müddətində mərkəzdəki bütün attraksionlardan istifadə etdilər, əyləndilər. Layihədə rayonun 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisində yaşayan aztəminatlı ailələrin uşaqları da iştirak etdilər.
Layihənin ilboyu davam etdirilməsi nəzərdə tutulub.