Binəqədi rayonunda 2014-cü ilin dekabr ayında aparılan abadlıq-quruculuq işləri
2014-cü ilin dekabr ayında Binəqədi rayonu ərazisində 323 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 73 p/m su xətti dəyişdirilib, 874 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 7290 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb.
6-cı mikrorayonda yaşayış binalarının istilik xəttində təmir işləri aparılıb.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb.
7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov, Azadlıq prospektlərində, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 126 metr boru dəyişdirilib.
271 saylı qazanxana üzrə 105 mənzil istiliklə təmin olunub, Natəvan küçəsi 4 və 7 saylı binaların aşağı paylama sistemlərində sızmalar aradan qaldırılıb.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-9-da 1 ədəd 630 kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, Xutor yaşayış sahəsində 1 ədəd 630 kv-luq KTM, Baksol yaşayış sahəsində 1 ədəd 630 kv transfarmator quraşdırılıb.
7-ci mikrorayonda 3 saylı və Atatürk prospektində 64 saylı binalara yeni kabel xətləri çəkilib.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 395 ədəd yarasız lampa, 127 ədəd drossel, 505 metr yanmış kabel dəyişdirilib.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, R.Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
“Ümumrespublika yaşıllaşdırma” marafonu və “Təmiz Binəqədi” layihələri çərçivəsində rayonun 28 may qəsəbəsində ay ərzində iki ağacəkmə aksiyası keçirilib, ümumilikdə 650 ağac əkilib.
2015-ci ilin gəlişi münasibətilə rayon ərazisində tərtibat və bəzək işləri aparılıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Zərifə Əliyeva adına parkda, Biləcəri mədəniyyət və istirahət parkında, Corce Enesku parkında, Bakı-Sumqayıt yolunda, rayonun bütün qəsəbələrində və digər ərazilərdə yolkalar quraşdırılıb. Həmçinin, Azadlıq prospekti, 6-cı mikrorayon S.Məmmədova küçəsi və Bakı-Sumqayıt yolu boyunca təbii ağaclar işıqlandırılıb, yollar bayram atributları ilə bəzədilib.
29 binanın fasadında əsaslı təmir işləri davam etdirilib, 10 binada 650 kv metr yumşaq dam örtüyü təmir edilib, 16 yaşayış binasının girişində təmir işləri aparılıb, 7 ədəd yeni lift quraşdırılıb və 16 ədəd lift əsaslı təmir edilib.
Azadlıq prospekti 28 və 196 saylı binaların həyətində abadlıq işləri aparılıb.
9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Heydər məscid kompleksinin ətrafında abadlıq-quruculuq işləri aparılıb, yeni yol salınıb. 6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən birləşdirən iki istiqamətli, dörd zolaqlı olan yolda 21 ədəd işıq dirəyi quraşdırılıb, müasir standartlara cavab verən asfalt örtüyü vurulub.
Svetlana Məmmədova 205A ünvanında yerləşən köhnə parkda abadlıq işləri aparılıb.
“Məscid döngəsi” kimi tanınan hissədə 125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 1 ədəd klumba (gül və ağac kompazisiyası), həmçinin 295 ədəd sarmaşıq kolu əkilib. Bundan əlavə, yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə 1600 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 25 ədəd buksus, 2400 ədəd müxtəlif güllər (qızılgül və xrizantema) əkilib.
Svetlana Məmmədova 205A, Üzeyir Hacıbəyov 2A, 4B, 4, 8 saylı yaşayış binalarının də fasadlanması işləri də tamamlanmaq üzrədir.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulmasına başlanılıb.
Həmçinin Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsin də abadlıq-quruculuq işləri həyata keçirilir.