Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam ailə - sağlam gələcəyin təminatıdır

24 noyabr 2012 | 11:00

2012-ci il noyabrın 23-də Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov açaraq dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirdi.
Məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılmasından, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyətindən söz açdı.
Daha sonra çıxış edən - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova hüquqi maarifləndirmə apararaq, nikah müqaviləsinin əhəmiyyəti haqqında məlumat verdi.
Digər çıxışçılar - Binəqədi rayonu qeydiyyat Şöbəsinin rəisi Tavat İsmayılova, Binəqədi rayon YAP Qadınlar Şurasının sədri, 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova, BinəqədiRayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səmayə Seyidova sağlam həyat tərzi, uşaq-valideyn münasibətləri, qan qohumları arasında nikah və onun fəsadları, yaşlılara qayğı və hörmət mövzuları ətrafında çıxış etdilər.
Tədbirdə iştirak edən gənclər mövzu ətrafında müzakirələrə qoşuldu.
 

Keçidlər