1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2015-ci il yanvarın 13-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində, eləcə də nümayəndəliyin inzibati ərazisində aparılan irimiqyaslı abadlıq-quruculuq işlərini əks etdirən video çarx nümayiş etdirildi.
Daha sonra 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Sitarə Cabbarlı 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair fəaliyyəti barədə hesabatla çıxış etdi. Daha sonra hesabat ətrafında müzakirələr oldu.
Mikrorayon sakinlərindən Ağabəy Abdullayev, Zaur Abbasov, Vüqar Babayev və Bəhrəm Şiriyev çıxış edərək, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq və təmir-bərpa işlərindən razılıqlarını bildirdilər, mikrorayonda bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini müsbət qiymətləndirdi, bununla belə bəzi nöqsan və çatışmazlıqların olduğunu da qeyd etdi.
Daha sonra Aygün Əliyeva cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.