Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları 20 Yanvar əlilləri və şəhid ailələrinin evlərinə baş çəkdilər

15 yanvar 2015 | 11:00

15  yanvar 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları 20 Yanvar əlilləri və şəhid ailələrinin  evlərində oldular.
Ailələrlə görüşən Rayon İcra Hakimiyyətinin nümayəndələri bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirdilər. Şəhid ailələrinin problemləri ilə maraqlanaraq problemlərini dinlədilər, onlara Binəqədi Rayon İcra Hakimiyyətinin maddi və humanitar  yardımını  təqdim etdilər. Əlillər və şəhid ailələri dövlət tərəfindən daim diqqət və qayğı gördüklərini minnətdarlıqla qeyd edərək Prezident İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Keçidlər