2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2015-ci il yanvarın 15-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda 2saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Aytac Əliyeva hesabat məruzəsi ilə çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Ərazi sakinlərindən Polad Qasımov, Bəylər Abdullayev, Aygün Nəbiyeva və başqaları çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində, həmçinin 6, 9 və 9 “a” mikrorayonlarda apardığı abadlıq-quruculuq, təmir-tikinti işlərinə görə minnətdarlıqlarını bildirərək, sözügedən mikrorayonlarda mövcud olan bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək, fəaliyyətinin qənaətbəxş olduğunu, lakin bəzi nöqsanların da mövcudluğunu qeyd etdi. O, sakinlərə göstərilən xidmətlərin təşkilində bir sıra qüsurlara yol verildiyini bildirdi.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.