Binəqədi rayonunda 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirildi
16 yanvar 2015 | 11:00
16 yanvar 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüşdü. Səmimi mühitdə keçən görüşdə icra başçısı bir daha bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd etdi.
Daha sonra “20 Yanvar Cəmiyyəti” Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev 20 Yanvar əlilləri və şəhid ailələrinin adından çıxış edərək onlara göstərilən dövlət qayğısından danışdı, bu qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.