Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
2015-ci il yanvarın 16-da Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və 145 nəfər qəsəbə sakini iştirak edirdi.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında qəsəbə sakinlərindən Zivər Abbasova, Elçin Eminov, İsfəndiyar Əbdüləzimov, Gülabbas Pirverdiyev, Mətanət Nəsibova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.