Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Mədəniyyət Elçisi” layihəsi davam edir

20 yanvar 2015 | 11:00

Binəqədi rayonunda “Yeniyetmə və Gənclər arasında aparılan ictimai-siyasi və vətənpərvərlik tərbiyəsi işinin təşkili”ni əsas tutaraq “Mədəniyyət Elçiləri” layihəsinə start verildi. Layihə çərçivəsində rayon ərazisində yerləşən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, eləcə də ümumilikdə rayon ictimaiyyətinin iştirakı ilə  teatr səhnələrində, mədəniyyət mərkəzlərində nümayiş edilən müxtəlif  teatr,  tamaşalara aparılması təmin edilir. Bu layihənin əsas  amillərindan  biri  də  şagirdlərə zəngin bir mədəniyyətə sahib olan ölkənin vətəndaşı olması amalını aşılamaqdır. Həmçinin layihə çərçivəsində orta təhsil müəsissələrinin fəallığının da nəzərə alınması əsas vacib ideyalardan biridir.

Layihəyə start  verilən andan bugünə kimi  rayon gəncləri, orta təhsil müəsissələri üçün Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli  Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrında müxtəlif  mövzularda tamaşalar təşkil edilib.

Layihə çəçivəsində növbəti tamaşa 2015-ci il yanvar 20-də Akademik Milli Dram Teatrında  İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında  hazırlanan “Qarabağnamə” tamaşası oldu. Tamaşada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının əməkdaşları, orta təhsil müəsissələrinin şagirdləri, rayon ictimaiyyəti və gənclər iştirak etdilər.

Keçidlər