Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi
20 yanvar 2015 | 11:00
Yanvarın 20-də - Ümumxalq hüzn günündə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun ictimai həyatında iştirak edən fəal gənclər qan yaddaşımızda və xalqımızın qəhrəmanlıq salnaməsində dərin iz buraxmış “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etdi.
Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edildi, onların məzarları üzərinə tər çiçəklər düzüldü.