28 May Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2015-ci il yanvarın 21-də 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və 45 nəfər qəsəbə sakini iştirak etdi.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov açdı.
Sonra Rayon İcra Hakimiyyətinin başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev hesabat məruzəsi ilə çıxış etdi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək, fəaliyyətinin qənaətbəxş olduğunu, lakin bəzi nöqsanların da mövcudluğunu qeyd etdi.
Məruzə ətrafında qəsəbə sakinlərindən Xalıqverdi Allahverdiyev, Qasım Pirverdiyev və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.