Şriftin ölçüsü :

Saytın rəngi :

M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

23 yanvar 2015 | 11:00

2015-ci il yanvarın 23-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və 142 nəfər qəsəbə  sakini iştirak etdi.

Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov açdı. 

Sonra Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək, fəaliyyətinin qənaətbəxş olduğunu, lakin  bəzi nöqsanların da mövcudluğunu nəzərə alaraq öz iradlarını bildirdi.

Məruzə ətrafında qəsəbə sakinlərindən Məmməd Kazımov, Əli Kazımov, Yadigar  Abbasov və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.

Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.

Keçidlər