Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində rayonun icra nümayəndəlikləri və qəsəbə bələdiyyələrinin sosial şəbəkələrdə 2014-cü il ərzində görülən işlərə dair hesabatı oldu

23 yanvar 2015 | 11:00

23 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayonun icra nümayəndəlikləri və qəsəbə bələdiyyələrinin sosial şəbəkələrdə 2014-cü il ərzində görülən işlərə dair hesabatı oldu.

Tədbiri  Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova açaraq 2014-cü ilin yekunları və yeni ilin hədəfləri mövzuları ətrafında çıxış etdi.

Sonra sosial şəbəkələrdə 2014-cü il ərzində görülən işlərə dair hesabat təqdim edildi.

Daha sonra sosial şəbəkələrdə məlumatların yerləşdirilməsinə məsul şəxslər hesabatlarını təqdim etdilər.

Tədbirdə iştirak edən gənclərdən ibarət mobil qruplar 2015-ci ildə həyata keçiriləcək  yeni təkliflər və hədəflər ətrafında müzakirə apardılar.

Sonda gənclər tərəfindən irəli sürülən yeni təkliflər protokollaşdırıldı.

Keçidlər