Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstanın nümayəndə heyəti Binəqədi rayonuna səfər etdi

23 yanvar 2015 | 11:00

Yanvarın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərinin Sarıarka rayonundan gələn nümayəndə heyəti Binəqədi rayonuna səfər etdi.

Qonaqların  arasında Sarıarka rayon merinin müavini Saule Morqojina, Təsərrüfat müdiri Kurej Solsanov, digər nümayəndələr Kaliesser Abdiyev, Rajiyə İsajanova, Aynur Soqunbayeva olublar. Səfərin məqsədi Bakı 2015 ilk Avropa Oyunları  ərəfəsində Bakıda gedən işlərlə tanış olmaqdan ibarət idi.

Nümayəndə heyəti ilk öncə Binəqədi rayonu “Heydər Əliyev” adına istirahət parkında oldular. Parkda gedən abadlıq-quruculuq işləri haqqında Rayon İcra Hakimiyyətinin müavini Aygün Əliyeva qonaqlara geniş məlumat verdi. Qonaqlar eyni zamanda parkla tanışlıqdan sonra “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində ümumillikdə rayonda gedən işlər ilə yaxından tanış oldular.

Sonra nümayəndə heyəti Qafqazın ən böyük məscidi olan “Heydər məscidində və 6-ci mikrorayonda gedən abadlıq-quruculuq işləri ilə tanış olmaq üçün həmin ərazidə oldular.

Keçidlər