Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairələrinə yeni nümayəndələr təyin edildi
23 yanvar 2015-ci il tarixdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində yeni təyin edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairələri üzrə nümayəndələri təqdim edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov və Ədalət Rəcəbov, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Dilbər Şükürova, 2 saylı saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Binəqədi, Biləcəri, M.Ə.Rəsulzadə qəsəbələri üzrə icra nümayəndələri, Mənzil Kommunal İstismar Sahələrinin rəisləri və digər məsul şəxslər iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2015-ci il tarixli 8 və 9 saylı əmri ilə 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə Dilbər Şükürovanın və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə Ləman Əliyevanın təyin olunduqlarını bildirdi. İ.Süleymanov yeni təyinatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarında qadın siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu qeyd etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairələri üzrə nümayəndələri Dilbər Şükürova və Ləman Əliyeva onlara göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaqlarını vurğuladılar.
Sonda İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Dilbər Şükürovaya və Ləman Əliyevaya uğurlar arzuladı və Mənzil-Kommunal İstismar Sahələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.