Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

27 yanvar 2015 | 11:00

2015-ci il yanvarın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və 102 nəfər qəsəbə  sakini iştirak etdi.

Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılov açdı.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək, fəaliyyətinin qənaətbəxş olduğunu, lakin  bəzi nöqsanların da mövcudluğunu nəzərə alaraq öz iradlarını bildirdi.

Məruzə ətrafında qəsəbə sakinlərindən Məcid Səmədov, Rəşid Məmmədov, Ağayar Məmmədov, Rəhilə Qədirova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.

Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.

 

Keçidlər