Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2015-ci il yanvarın 29-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və 115 nəfər qəsəbə sakini iştirak etdi.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açdı.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov hesabat məruzəsi ilə çıxış etdi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək, fəaliyyətinin qənaətbəxş olduğunu, lakin bəzi nöqsanların da mövcudluğunu nəzərə alaraq öz iradlarını bildirdi.
Məruzə ətrafında qəsəbə sakinlərindən İmaş Eyvazov, Çimnaz Əliyeva, Yaqub Tağıyev, Rəşad İsazadə və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.