“Uşaqlara qarşı zorakılıqla mübarizə” aksiyası çərçivəsində tədbir keçirildi
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini, Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə proqramının Azərbaycan üzrə koordinatoru Sevinc Fətəliyevanın rəhbərliyi ilə Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.Növbəti tədbirlərdən biri Bakı şəhərinin Binəqədi rayonunda həyata keçirilmişdir. Tədbir 21-24 noyabr tarixlərində 2012-ci il tarixində rayon üzrə bütün ümümtəhsil məktəblərinin və bağçalarının psixoloqlarının iştirakı ilə 246 saylı tam orta məktəbdə baş tutmuşdur.Tədbirdə Uşaqlarla işin təşkili, zorakılığın əlamətləri və nəticələri , zorakılığa məruz qalmış uşaqlarla psixoloji işin təşkili, uşaqlarla hüquqlarının öyrədilməsi və s. mövzularda söhbətlər aparılmış, hər bir psixoloqun üzərinə düşən vəzifələrdən danışılmış, problemlərin aradan qaldırılması yolları araşdırılmışdır.