Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Sakinlərin Müraciət Xidməti-1646-nın və “Binəqədi” qəzetinin kollektivini fəaliyyətlərinin 2 ilinin tamam olması münasibətilə təbrik etdi

06 fevral 2015 | 11:00

Fevralın 6-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Rayon İcra Hakimiyyətinin 1646 – Sakinlərin Müraciəti Xidmətinin yaradılmasının və “Binəqədi” qəzetinin iki ilinin tamam olması münasibətilə xidmətin əməkdaşlarını və qəzetin yaradıcı kollektivini qəbul etdi.
Görüş zamanı hər iki qurumun əməkdaşlarını təbrik edən Xaləddin İsgəndərov  sakinlərin  üzləşdikləri  problemlərin  operativ  həllində 1646 - SMX-nin əhəmiyyətindən danışdı və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işləməyin vacibliyini vurğuladı.
Möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkədə, eləcə də Binəqədi rayonunda görülən işlərin məhz vətəndaşlarımızın rifahına xidmət etdiyini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı həmçinin, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında “Binəqədi” qəzetinin xüsusi rol oynadığını qeyd etdi.
Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərov və “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov öz fəaliyyətləri barədə məlumat verərək onlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli iş şəraitinə görə ölkə və rayon rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər. Onlar gələcək fəaliyyətlərində də rayon rəhbərliyinin tapşırıq və tövsiyyələrinə əməl edəcəklərini, onlara göstərilən etimadı doğruldacaqlarını vurğuladılar.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər Şöbəsinin müdiri Nuridə Allahyarova və 16-46 – “Sakinlərin Müraciəti Xidməti”nin rəisi Anar Səfərov jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirdilər. Konfransda jurnalistləri maraqlandırılan suallar cavablandırıldı.
Mətbuat konfransından sonra jurnalistlərin 16-46 – “Sakinlərin Müraciəti Xidməti”nin fəaliyyəti ilə praktik tanışlığı  oldu.

Keçidlər