"Bütün qayğılardan uzaq 1 saat" adlı layihəsi çərçivəsində tədbirlər davam edir
06 fevral 2015 | 11:00
2014-cü ilin noyabr ayından Binəqədi rayonunda yaşayan aztəminatlı ailələrin uşaqları üçün start verilən “Qayğılardan uzaq bir saat” adlı layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri də 6 fevral 2015-ci il tarixində Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən Binəqədi qəsəbəsi ərazisində yaşayan aztəminatlı ailələrin uşaqları üçün uşaq-əyləncə mərkəzində keçirildi. Tədbirdə uşaqlar 2 saat müddətində mərkəzdəki bütün atraksionlardan istifadə edərək əyləndilər.
Layihənin ilboyu davam etdirilməsi nəzərdə tutulub.