Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN” könüllülərə təlim keçirildi
Yanvarın 21-dən etibarən 13 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında peşə ixtisaslarına uyğun olaraq aidiyyəti şöbələrədə iki aylıq iş təcrübəsinə başladılar.
7 fevral tarixindən etibarən “ASAN” könüllülər üçün Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda təlim proqramlarının keçirilməsinə start verildi. İlk təlim proqramı 7 fevral tarixində keçirildi. “ASAN” könüllülərə Könüllük nədir?, Könüllülərin fəaliyyətlərinə necə baxılır?, Könüllüyün tarixi hardan başlayır?, Könüllü şəxs kim ola bilər?, Könüllü olmaq bizə nə verir?, Liderlik və könüllüyü nə birləşdirir?, Könüllüyə götürülən şəxslər üçün nə edilməli? və Könüllük müddəti nə qədər olmalıdır? mövzularında təlim keçirildi.
Təlim proqramlarının davamlı keçirilməsi nəzərdə tutulub.