Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının hesabat tədbiri oldu

10 fevral 2015 | 11:00

10 fevral tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibatı binasında Rayon Partiya Təşkilatının 2014-cü il ərzində fəaliyyətinə dair hesabat tədbiri keçirildi.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, YAP Binəqədi rayon Təşkilatını Şura üzvləri, ərazi-ilk partiya təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə YAP Binəqədi rayon Təşkilatının inzibati binasının önündə ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Sonra rayon partiya təşkilatının 2014-cü il ərzində fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildi.
Tədbirdə məruzə ilə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov 2014-cü il ərzində rayon partiya təşkilatının fəaliyyətindən və 2015-ci ildə qarşıda duran vəzifələrdən danışdı.
Sonra YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasinin sədri Aytac Əliyeva hesabat dövrü ərzində görülmüş işlərdən danışdılar.
Hesabat tədbirində çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov Binəqədi rayonunun sürətli inkişafından, bu rayonda böyük quruculuq və abadlıq işlərindən danışaraq bu işlərin son illər ərzində həyata keçirildiyini qeyd etdi və rayon partiya təşkilatının həyata keçirdiyi tədbirlərin digər rayon partiya təşkilatlarından fərqləndiyini, rayon partiya təşkilatının öncül yerdə qərarlaşdığını bildirdi
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük təşkilatı olduğunu qeyd etdi. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin respublikada apardığı məqsədyönlü siyasətdən danışan Xaləddin İsgəndərov bildirdi ki, bu siyasət uğurla icra olunur. Son illər ərzində rayonda görülən mühüm işlərdən danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzuladı.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olmuş bir neçə gəncə üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər