Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yanvar ayında aparılan abadlıq-quruculuq işləri

11 fevral 2015 | 11:00

2015-cü ilin yanvar ayında rayonun 325 ünvanında su şəbəkəsində qəzaların qarşısı alınıb, 78 p/m su xətti dəyişdirilib, 611 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 6930 p/m kanalizasiya xətti  təmizlənib.
Binəqədi QİS ərazisində 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb.
7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov prospekti, Azadlıq prospekti, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 167 metr boru dəyişdirilib, 6-cı mikrorayonda yaşayış binalarının istilik xəttində təmir işləri aparılıb.
3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
Q.Süleymanov 44 və 46 saylı binaların zirzəmisində baş vermiş qəzalar aradan qaldırılıb, məhəllə 5057/68 bina 3-də zirzəminin aşağı paylama sistemində və A.Zeynallı 1 A saylı binanın zirzəmisində borular dəyişdirilib.
Naxçıvani küçəsi 34 saylı, Cavadxan küçəsi 1 saylı,  7-ci mikrorayonda 3 saylı və Atatürk prospektində 64 saylı binalara yeni kabel xətləri çəkilib.
Xutor yaşayış sahəsində 1 ədəd 630 kv-luq KTM, Baksol yaşayış sahəsində 1 ədəd 630 kv transformator quraşdırılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda,  Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində,  Z.Əliyeva adına parkda 211 ədəd yararsız lampa, 78 ədəd drossel, 357 metr yanmış kabel dəyişdirilib.
Hal-hazırda rayon ərazisində 5 binanın fasadında, 15 yaşayış binasının girişində əsaslı təmir işləri davam etdirilir, Azadlıq prospekti 28 və 196 saylı binaların həyətində abadlıq işləri aparılır, 4 binada liftlər əsaslı təmir edilir, 1 binada yumşaq dam örtüyü çardaqlı dam örtüyü ilə əvəz olunur.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulması işləri davam etdirilir.
Həmçinin Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərhad Hümbətov və Ramiz Aboyev parklarında, Azadlıq prospekti metrosunun üstündə ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.

Keçidlər