Şriftin ölçüsü :

Saytın rəngi :

Havanın kəskin dəyişməsi ilə əlaqədar Binəqədi rayonunda operativ tədbirlər həyata keçirildi

23 fevral 2015 | 11:00

Ölkə ərazisində havaların kəskin dəyişməsi ilə əlaqədar yaranmış problemlərin operativ surətdə həll edilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə operativ tədbirlər həyata keçirildi. Rayonun bütün qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və müvafiq icra strukturları şənbə və bazar günlərində də (21-22 fevral) problemlərin mövcud olduğu ərazilərdə olaraq onların həll edilməsi istiqamətində işlər həyata keçirdilər. Belə ki, rayonun S.Məmmədova, Cavadxan, S.S.Axundov, A.Kunanbayev, H.Babaşov, M.Cəlal küçələrində və bir sıra ətraf ərazilərdə sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə avtobus dayanacaqları və obyektlərin ətrafları qardan təmizləndi.
Həyata keçirilən operativ tədbirlər zamanı rayonun mərkəzi küçələri və mikrorayonları ilə yanaşı, qəsəbələrində də, o cümlədən ucqar ərazilərdəki yaşayış massivləri də diqqətdən kənarda qalmadı. Belə ki, Binəqədi qəsəbəsinin G.Ramazanov küçəsində 182 saylı orta məktəbə və kənd məscidinə gedən yollara duz səpildi, səki və yollar qardan və buzdan təmizləndi, həmçinin  Binəqədi şossesindəki su kollektorunun daşmasının qarşısı alınaraq proses tam nəzarətə götürüldü. Biləcəri qəsəbəsinin bütün mərkəzi küçələrində, Xocəsən qəsəbəsində qarın fəsadları aradan qaldırıldı.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin rəsmiləri yerli bələdiyyələr və aidiyyəti icra strukturları ilə birlikdə havanın kəskin dəyişməsi ilə əlaqədar rayon ərazisində problemlərlə üzləşmə ehtimalı olan bir sıra ailələrə, eləcə də məcburi köçkün ailələrinə baş çəkərək onların şəraitləri ilə yerində maraqlandılar.

Keçidlər