Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Binəqədi rayonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar yürüş keçirildi

25 fevral 2015 | 11:00

Fevralın 25-də Binəqədi rayonunda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi ilə yürüş keçirildi.
1000 nəfərədək sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən  20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə Yağışı” abidəsinin önündən başlayaraq Milli Qəhrəmanlar abidəsinədək davam etdi. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları,  ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllüləri” də iştirak etdi. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk olundugu lövhələri öz üzərlərində yürüş boyu daşıyaraq unutmayacaqlarına simvolizə etmişlər.
Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam etdirildi. Kompozisiyada “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirildi. Daha sonra yürüş iştirakçıları hazırladığı Qətnamə oxundu. Qətnamədə binəqədili gənclər bütün Azərbaycan gəncliyini “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırmış və bu kampaniyanın işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğu vurğulamışlar.
Sonda yalnız Xocalıda deyil, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dualar oxundu.
Anım mərasimi gecə saatlaradək sakinlərin Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin önünə şamların düzülməsi ilə yekunlaşdı.

Keçidlər