Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Binəqədi rayonunun bağçalarında anım tədbirləri keçirildi
26 fevral 2015 | 11:00
Fevralın 26-da Binəqədi rayonunda 177, 138, 266 və 329 saylı bağçalarda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbirləri keçirildi. Tədbirlərdə Xocalı şəhidlərinin xatirəsi anıldıqdan sonra baş verən qətliamın bəşər tarixinə düşmüş dəhşətli qırğınlardan biri olduğu bildirildi.
Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirlərdə körpələrin ifasında hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompazisiyalar nümayiş etdirildi. Atəş səsləri ilə başlayan kompazisiyada körpələr Xocalı faciəsini ifadə edən səhnəciklə çıxış etdilər.