Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər

26 fevral 2015 | 11:00

İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Fevralın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun ictimai həyatında iştirak edən fəal gənclər, rayon ictimaiyyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edildi, abidənin önünə tər çiçəklər düzüldü.

Keçidlər