Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirildi
Fevralın 26-da “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Gürcü ədibi Nodar Dombadzenin “Didro” əsərinin motivləri əsasında tamaşa nümayiş etdirildi.
Xocalı soyqırımının 23-cü ildönümünə həsir olunmuş tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Binəqədi Rayon Ziyalılar Cəmiyyəti və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildi.
Binəqədi rayon ictimaiyyətinin geniş təmsil olunduğu tədbirdə müharibə dəhşətləri, günahsız insanların qırğınlara məruz qalması obrazların dili ilə tamaşaçı auditoriyasına çatdırıldı.
Tamaşaçılar tərəfindən maraq və həyəcanla izlənilən tamaşanın sonunda aktyorlar Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin fəxri diplomları ilə təltif edildilər.