Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Mülki müdafiə günü qeyd edildi

27 fevral 2015 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına və 2015-ci il üçün illik Mülki Müdafiə Tədbirlər Planına müvafiq olaraq, Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən 27 fevral 2015-ci il tarixdə “1 mart Beynəlxalq mülki müdafiə günü” ilə əlaqədar 83 saylı məktəb-liseydə rayon ərazisində nümunəvi Mülki Müdafiə günü keçirildi.
Tədbirdə Binqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, şagirdlər və müəllimlər iştirak etdilər.
Tədbirdə şərti zəlzələ və yanğın şəraitində Mülki müdafiə qrupları tərəfindən 120 nəfər şagird təxliyyə olundu, sinifdə qalan 5 nəfər şərti xəsarət alan şagird isə evakuasiya olunaraq xəstəxanaya çatdırıldı.
Sonra şagirdlər fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar, geyim əşyaları ilə tanış oldular. Tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan “Fövqəladə hallarda nə etmək lazımdır” adlı şəkil və maketlərdən ibarət sərgiyə baxdılar.
Sonda, məktəbin akt zalında fövqəladə hallar zamanı xilasetmə qüvvələrinin əməliyyatları ilə bağlı film nümayiş etdirildi

Keçidlər