Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin fevral ayı ərzində daxil olan müraciətlər
2015-ci ilin fevral ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 3000, birbaşa cavablandırılan zənglərin sayı 2361, yaradılan əks əlaqələrin sayı 853, günlük orta zəng sayı 93, tərtib edilən şikayət vərəqələrinin sayı 639 olub. Xidmət səviyyəsi 98 % təşkil edib.
Şikayət xarakterli müraciətin 626-nın icrası təmin edilib, o cümlədən 510-u və ya 81,4 %-i tam həll olunub, 23-ü və ya 3,7 %-i qismən həll edilib, 93-ü və ya 14,9 %-i müvafiq izahat verilərək həll edilib.
Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 232-si və ya 36,3 %-i su-kanalizasiya, 151-i və ya 23,6 %-i qaz təchizatı, 66-ı və ya 10,3 %-i istilik təchizatı, 63-ü və ya 9,9 %-i sakinləri narahat edən digər məsələlər, 57-si və ya 9,1 %-i lift problemləri, 41-i və ya 6,4 %-i elektrik təchizatı ilə bağlı, 20-i və ya 3 %-i yolların yararsız olması ilə əlaqədar, 6-ı və ya 0,9 %-i küçələrin işıqlandırılması idarəsi, 3-ü və ya 0,8 %-i zibil və tullantılar ilə əlaqədar olub.
Xidmətə ay ərzində 43 təşəkkür müraciəti daxil olub.