Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əhalinin icbari tibbi dispanserizasiyası davam edir

05 mart 2015 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevralın 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin personalı cəlb edilib.
Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası).
Binəqədi rayon əhalisinin 189281 nəfərini 18 yaşından yuxarı sakinlər təşkil edir. 4 mart 2015-ci il tarixə olan məlumata əsasən 54229  nəfər rayon sakini tibbi müayinədən keçib.
Qeyd olunan bütün tibb müəssisələrində əhalinin tibbi-profilaktik müayinədən keçməsi üçün hərtərəfli şərait yaradılıb.

Keçidlər