Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsi sədrinin qəsəbə sakinləri ilə görüşü keçirildi

05 mart 2015 | 11:00

05 mart 2015-ci il tarixdə 100 saylı tam orta məktəbin akt zalında Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin qəsəbə sakinləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi sədri və üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri və 100 nəfər qəsəbə sakini iştirak edirdi.
Görüşü Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov açaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş uğurlu nailiyyətlər barədə ətraflı məlumat verdi. O, bələdiyyələrin dövlətlə vətəndaşlar arasında körpü rolu oynadığını, əsas məqsədin və amalın əhaliyə yüksək səviyyədə xidmətin durduğunu qeyd etdi. Sədr bələdiyyə üzvlərinin bundan sonra ayda iki dəfə qəsəbə sakinləri ilə görüşlərinin keçiriləcəyini bildirdi. Sakinlərlə belə görüşlərin əhəmiyyətindən danışan bələdiyyə sədri yaxın günlərdə Milli Məclis tərəfindən bələdiyyə qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verdi. Bu istiqamətdə maarifləndirmə işinə ehtiyac olduğunu, bununla bağlı əhalidə yaranan sualların bələdiyyə tərəfindən cavablandırılmasına, eyni zamanda, hər bir hüquqi yardım göstərilməsinə hazır olduqlarını vurğuladı.
Eyni zamanda, Hümbət Hüseynov yaxın zamanlarda M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən təsərrüfat subyektlərinin yaradılması, məhəllə daxili bir neçə nəqliyyat marşrutlarının açılması barədə layihələrin nəzərdə tutulduğunu vurğuladı.
Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri və Binəqədi Rayon İcra hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə nümayəndəsi sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar məsələləri yerində araşdırılacağını, həmçinin aidiyyəti qurumlara müraciət ediləcəyini

Keçidlər