Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq və yeniyetmələr arasında futbol yarışı keçirildi

05 mart 2015 | 11:00

05 mart 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin stadionunda “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və “05 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə uşaq və yeniyetmələr arasında keçirilən futbol yarışının mükafatlandırılma mərasimi oldu.
Yarışda hər birində 12 nəfər olmaqla 8 komanda qalib adı uğrunda mübarizə apardı. Təhsil Respublika İdman Mərkəzinin komandası birinci yer, Binəqədi rayonu 14 saylı Uşaq Gənclər İdman Məktəbinin komandası ikinci yer, "Vətən" RİOEUGFM-in komandası isə üçüncü yerləri tutdular.
Qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər