Binəqədi rayon ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turnirinə start verildi
05 mart 2015 | 11:00
05 mart 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə AZFAR GROUP MMC-nin 8-ci mikrorayon ərazisindəki stadionunda “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və 05 Mart - Bədən tərbiyəsi və idman günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turnirinə start verildi.
Turnirdə hər birində 12 nəfər olmaqla 32 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqdır.