Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Rəsulzadə və Binəqədi bələdiyyələrinin sədrləri “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə kursda iştirak etdilər

05 mart 2015 | 11:00

02-06 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə kurs keçirildi.
25 bələdiyyə sədrinin iştirak etdiyi kursda Binəqədi rayonunu 2 bələdiyyə sədri - Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı təmsil ediblər.
02-06 mart 2015-ci il tarixlərini əhatə edən  kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, həmçinin türkiyəli mütəxəssislər -  professor Onur Ender Aslan, professor Hasan Canpolat, Ankara Universitetinin professoru Tayfun Çınar, Keçiören Bələdiyyəsinin sədri Mustafa Ak və digərləri məruzələrlə çıxış ediblər. “Yerli özünüidarəetmənin davamlı inkişafı və ekoloji sivilizasiyada əhəmiyyəti”, “Yerli özünüidarəetmədə müqayisələr və xidmətlər”, “Yerli özünüidarəetmədə yeni texnologiyaların tətbiqi”, “Azərbaycanda yerli özünüidarəetmə inkişafının prioritet istiqamətləri” və s. mövzularda gedən müzakirələrdə eyni zamanda, Türkiyənin bələdiyyə təcrübəsi öyrənilib.
Bələdiyyələrin təcrübə mübadiləsi 07-12 mart tarixlərində Türkiyənin Ankara şəhərində davam etdiriləcəkdir.

Keçidlər