Biləcəri bələdiyyəsi sədrinin qəsəbə sakinləri ilə görüşü keçirildi
04 mart 2015-ci il tarixində Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 2 saylı binanın qarşısında yerləşən əhalinin kütləvi tədbirlər evində evində Biləcəri bələdiyyə sədrinin qəsəbə sakinləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri və üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak edirdi.
Görüşü Biləcəri bələdiyyəsinin sədri Xəlilov İlham açaraq ölkə başçısının rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş uğurlu nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sədr bələdiyyə üzvlərinin bundan sonra ayda iki dəfə qəsəbə sakinləri ilə görüşlərinin keçiriləcəyini bildirdi. Sakinlərlə belə görüşlərin əhəmiyyətindən danışan bələdiyyə sədri yaxın günlərdə Milli Məclis tərəfindən bələdiyyə qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verdi.
Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Biləcəri qəsəbə bələdiyyəsinin sədri və Binəqədi Rayon İcra hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar məsələləri yerində araşdırılacağını, həmçinin aidiyyəti qurumlara müraciət ediləcəyini bildirdilər.