Binəqədi rayonunda şəhid milli qəhrəman anaları təbrik olundu
Martın 6-da Binəqədi rayonunda şəhid milli qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik olundu.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin qorunması uğrunda sinələrini sipər edən qəhrəman övlad bəxş etmiş analardan - Milli Qəhrəmanlardan Vəzir Sədiyevin anası Nənəqız Sədiyeva, Fərhad Hümbətovun anası Salatın Hümbətova, İbrahim Məmmədovun anası Zemfira Məmmədova və Muxtar Qasımovun anası Şəfiqə Qasımova Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən evlərində ziyarət olundu. Onlara Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından ən xoş arzular çatdırıldı.
Rayon İcra Hakimiyyəti rəhbərliyi adından rayonun ən yaşlı sakinlərindən olan 105 yaşlı Telli Qurbanova, fiziki məhdudiyyətli idmançı qadın Zinyət Vəliyeva, Böyük Vətən Müharibəsi iştirakçısının həyat yoldaşı Rəna Əliyeva və öz ömrünü gənc nəslin təhsili və tərbiyəsinə həsr etmiş müəllimə Yaqut Məmmədovaya da evlərində təbrik edildi.