Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Binəqədi Rayon Komissiyasının orta ümumtəhsil məktəblərində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda növbəti seminarı keçirildi

30 noyabr 2012 | 11:00

2012-ci il noyabrın 29-da Binəqədi rayonu 99 saylı tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Binəqədi Rayon Komissiyasının təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda seminar keçirilmişdir.
Müasir Psixologiya Mərkəzinin psixoloqu Fuad Bayramov narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyandan danışaraq narkomaniyanı bəşəriyyətin bəlası adlandırdı. O, zərərli vərdişlərə daha çox 15-16 yaşlı uşaqlar meyl göstərdiyini və bunun da əsas səbəbi kimi bu yaşda olan insanların şüuruna təsir etməyin daha asan olduğunu diqqətə çatdırdı. Fuad Bayramov eyni zamanda siqaretin, alkoqolun da insan orqanizminə zərərli təsirindən danışdı və vurğuladı ki, nəinki məktəbdə dərs deyən müəllimlər, hətta yeniyetmə və gənclərin valideynləri də onların tərbiyə olunmasında çox diqqətli olmalıdırlar. Bu yaşda onların atacağı hər bir addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. Çıxış zamanı narkomaniya və digər zərərli vərdişlərin insan həyatına vurduğu ziyanı əks etdirən video rolik də nümayiş etdirildi. Sonra tədbirdə iştirak edən müəllim və şagirdləri maraqlandıran sualları cavablandırdı.
Tədbirin sonunda iştirakçılara narkomaniyanın törətdiyi fəsadları əks etdirən bukletlər paylanıldı.
 

Keçidlər