Azərbaycanın bir sıra rayonlarının bələdiyyə sədrləri Binəqədi rayonu ilə tanış oldular
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun dəvəti və Binəqədi rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlının iştirakı ilə Azərbaycanın bir sıra rayonlarının bələdiyyə sədrləri Binəqədi rayonu ilə tanış oldular.
02-06 mart 2015-ci il tarixlərində Bakıda “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunda iştirak edən bələdiyyə sədrləri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində oldular. Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbə ərazisində görülən işlər barədə qonaqlara məlumat verərək onları sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şəraitlə tanış etdi. Qonaqlar Binəqədi rayonundan xoş təəssüratlarla ayrıldılar.
Binəqədi rayonuna gələn qonaqlar Abşeron, Ağdaş, Quba, Qax, Şəmkir, Şamaxı, İsmayıllı, Astara, Saatlı və s. rayonların bələdiyyə sədrləri olub.