Binəqədi rayonunda fevral ayı ərzində aparılan abadlıq-quruculuq işləri
2015-cü ilin fevral ayında rayonun 341 ünvanında su şəbəkəsində qəzaların qarşısı alınıb, 78 p/m su xətti və 28 p/m kanalizasiya xətti dəyişdirilib, 661 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 8670 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi Qaz İstismar Sahəsi ərazisində 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb.
7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov və Azadlıq prospektlərində, C.Hacıbəyli, Naxçıvani küçələrində yaşayış binalarının istilik xətlərində 58 metr boru dəyişdirilib.
6-cı mikrorayonda, M.Cəlal, R.İsmayılov və A.Zeynallı küçələrində yaşayış binalarının istilik xəttində 18 ədəd ventil, 11 ədəd siyirtmə, aşağı paylama xəttində 61 metr boru dəyişdirilib və bərpa edilib, sızmalar aradan qaldırılıb.
Azadlıq prospekti 165 və 167 saylı binalara 270 metr, Dərnəgül yaşayış sahəsində 64 saylı binaya 95 metr yeni kabel xətti çəkilib, Ə.Rəcəbli küçəsində 3300 metr hava xətti kabel xətti ilə əvəz edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
TM-9-da 1 ədəd 630kv-luq transformator və TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Z.Əliyeva adına parkda 114 ədəd lampa, 39 ədəd drossel, 325 metr yanmış kabel dəyişdirilib.
Hal-hazırda rayon ərazisində 25 binanın fasadında və 15 yaşayış binasının girişlərində əsaslı təmir işləri aparılır. 4 binada liftlər əsaslı təmir edilir, 1 binada yumşaq dam örtüyü çardaqlı dam örtüyü ilə əvəz olunur.
Azadlıq prospekti 28 və 196 saylı binaların həyətlərində abadlıq işləri aparılır.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulması işləri davam etdirilir.
Həmçinin Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərhad Hümbətov və Ramiz Aboyev parklarında, Azadlıq prospekti metrosunun üstündə ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
Binəqədi rayonunda “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayonun Biləcəri qəsəbəsində aparılan təmizlik aksiyasında qəsəbə ərazisindən keçən dəmiryol xətlərinin ətrafında təmizlik işləri görülüb.