Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə bələdiyyəsinin üzvləri ilə görüşdü
2015-ci il martın 7-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərindən sonra Biləcəri qəsəbə bələdiyyəsinin yeni formalaşan tərkibi ilə görüşdü.
Davamlı xarakter daşıyacaq belə görüşlərin əsas məqsədi bələdiyyə üzvləri ilə tanışlıq, onların gələcək fəaliyyət istiqamətlərilə bağlı tövsiyyələrin verilməsidir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin cəmiyyətdəki rolundan danışaraq onlara fəaliyyətlərində uğurlar arzuladı. Tövsiyyə xarakterli çıxışda bələdiyyələrin ölkədə həyata keçirilən quruculuq işlərində fəal iştirakının vacibliyi, eləcə də vətəndaş məmnunluğu, əhalinin rifahı naminə təşəbbüskarlığının əhəmiyyəti vurğulandı.