Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xocəsən qəsəbə bələdiyyəsinin üzvləri ilə görüşdü

10 mart 2015 | 11:00

Martın 10-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərindən sonra Xocəsən qəsəbə bələdiyyəsinin yeni formalaşan tərkibi ilə görüşdü.
Davamlı xarakter daşıyacaq belə görüşlərin keçirilməsinin əsas məqsədi bələdiyyə üzvləri ilə tanışlıq, onların gələcək fəaliyyət istiqamətlərilə bağlı tövsiyyələrin verilməsidir.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xalədddin İsgəndərov yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin cəmiyyətdəki rolundan danışaraq onlara fəaliyyətlərində uğurlar arzuladı. Tövsiyyə xarakterli çıxışda bələdiyyələrin ölkədə həyata keçirilən quruculuq işlərində fəal iştirakının vacibliyi, eləcə də vətəndaş məmnunluğu, əhalinin rifahı naminə təşəbbüskarlığının əhəmiyyəti vurğulandı.

Keçidlər